Bakı-Qazax yolunda ağır yol qəzası 6 yaralı

Bu axşam Bakı-Qazax magistral yolunda ağır yol qəzası baş verib. SİA-nın məlumatına görə, hadisə Ağstafa rayonun Qırlı kəndi ərazisində qeydə alınıb.

"Ford" markalı mikroavtobusla "Opel" markalı minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər xəsarət alıb. Yaralılar Ağstafa Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə