Şəmkirdə çalışdığı mağazanın dam örtüyündə təmir işləri aparan rayon sakini 54 yaşlı Mübariz Əkbərov qəza nəticəsində yıxılıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, dərhal yaxınlıqdakı insanların köməyi ilə xəstəxanaya aparılan 54 yaşlı kişi yolda dünyasını dəyişib. Mərhumun meyiti Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir rayon şöbəsində müayinə olunduqdan sonra ailəsinə təhvil verilib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB