Bakıda yanğın xəsarət alan var

Bakıda yanğın xəsarət alan var

Bakı şəhəri, Binəqədi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan birmərtəbəli iki otaqlı evin mətbəxinin yanar konstruksiyaları 15 kv.m sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, yanğın zamanı bir nəfər yanıq xəsarəti alıb. Evin qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın saat 06:12-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə