Şəmkirdə yanğın olub. Fövqəladə Hallar Nazirliyindən (FHN) SİA-ya verilən məlumata görə, Şəmkir rayonu, Xuluf kəndində vətəndaşa məxsus tikintisi başa çatmamış ümumi sahəsi 170 kv. m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 07:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB