Bakı-Qazax yolunda qəza baş verib 2 ölü

Bakı-Qazax magistral yolunda ölümlə nəticələnən ağır yol nəqliyyat qəzası baş verib. SİA xəbər verir ki, hadisə yolun Şəmkir rayonu Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. "Mercedes" markalı yük avtomobili ilə VAZ 2106 minik avtomobilinin toqquşması nəticəsində iki nəfər ölüb. Ehtimal olunur ki, ölənlər minik avtomobilinin sürücüsü və sərnişinidir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə