4 otaqlı evdə yanğın

Balakən rayonunda yanğın faktı qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Şərif kəndində vətəndaşa məxsus ümumi sahəsi 216 kv.m olan birmərtəbəli 4 otaqlı evin ondulindən ibarət çardağın və tavanın yanar konstruksiyaları 216 kv.m hamamın və mətbəxin lambirdən ibarət tavanı 14 kv.m sahədə mətbəx əşyaları yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə