Ermənilərin atdığı mərmi nəticəsində FHN əməkdaşı yaralanıb

Ermənilərin atdığı mərmi nəticəsində FHN əməkdaşı yaralanıb

Ağdamda yaşayış evinə mərmi düşüb. SİA-nın Fövqəladə Hallar Nazirliyinə istinadən verdiyi məlumata görə, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Ağdam rayonu, Evoğlu kəndində fərdi yaşayış evinə erməni hərbi birləşmələri tərəfindən atılmış mərmi nəticəsində evin bir hissəsi dağılıb, digər hissəsində isə yanğın baş verib.

Dərhal hadisə yerinə cəlb olunmuş FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə qüvvələri yanğını söndürərkən yenidən erməni hərbi birləşmələri tərəfindən atəşə məruz qalıb və 1 nəfər yanğınsöndürən qəlpə yarası alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə