Şəmkirdə evdə partlayış baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən xəbər verir ki, hadisə aprelin 3-də saat 08 radələrində Şəmkir rayonunun Kür qəsəbəsində baş verib. Orada yaşayan Elnur Mehdiyevin evində təbii qazın sızmasından ani partlayış baş verib.

Nəticədə evin qapı və pəncərə çərçivələri dağılıb, E.Mehdiyevin həyat yoldaşı Günay xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə