Ağdaş rayonunda vətəndaşa məxsus evdə yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Ağdaş rayonu, Ərəb kəndində vətəndaşa məxsus ümumi sahəsi 320 kv. m olan ikimərtəbəli 6 otaqlı evin 2-ci mərtəbəsində mətbəxin tavanı və dam örtüyünün yanar konstruksiyaları 16 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 08:04-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB