Tibb bacısının dəhşətli əməlləri

13 xəstəni qəsdən öldürüb

İtaliyada bir tibb bacısının əməlləri gündəmi sarsıdıb. Piombino şəhərində xəstəxanalardan birində çalışan tibb işçisi qəsdən azı 13 xəstənin həyatına son qoyub. Fərqli-fərqli zamanlarda qeydə alınan ölüm hallarının izinə düşən polislər bütün sözügedən cinayətlərin eyni adam tərəfindən gerçəkləşdirildiyini üzə çıxarıb.

Anesteziya bölməsində işləyən 55 yaşlı tibb işçisi 2014-2015-ci illərdə xəstələri iynə və yüksək dozalı dərmanlarla öldürüb. Onun əsl məqsədinin nə olduğu isə qaranlıq olaraq qalır.

Hippokrat andını unudan tibb işçisinin qurbanlarının böyük əksəriyyəti yaşlı pasientlər olub.

Son bir ay ərzində İtaliyalılar ikinci dəfədir ki, qatil tibb bacısı xəbəri alır.

Martın əvvəlində 78 yaşlı bir xəstənin damarına potasium xlorid maddəsi vuraraq öldürən Daniele Pocialli adlı tibb bacısı həbs olunmuşdu.

Bütün xəbərlər Facebook səhifəmizdə