Türkiyənin Diyarbəkir şəhərində partlayış baş verib. SİA-nın məlumatına görə, hadisə Diyarbəkir-Şanlurfa avtomobil yolu üzərindəki avtovağzalın yaxınlığında olub.
Belə ki, polisləri daşıyan mikroavtobusun hərəkəti zamanı içərisinə partlayıcı maddə qoyulmuş avtomobil partlayıb, nəticədə avtobusun içərisindəki polis və ətrafdakı vətəndaşlar yaralanıb.
İlkin məlumata görə, 14 nəfərin yaralandığı ehtimal olunur.
Hadisə yerinə çox sayda təcili tibbi yardım maşını sövq edilib. Yaralı polislər Diyarbəkir Hərbi Hospitalına, sivil vətəndaşlar isə müxtəlif xəstəxanalara yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB