Yük avtomobili qadını vurdu Siyəzəndə

Yük avtomobili qadını vurdu Siyəzəndə

Bu gün axşam saatlarında Siyəzən rayonunun Yenikənd yaşayış massivi ərazisində yol-nəqliyyat hadisəsi baş verib. 1991-ci il təvəllüdlü Şabran rayon sakini Məlikov Adil Firuz oğlunun idarə etdiyi "Qazel" markalı yük avtomobili piyada, Siyəzən rayon sakini, 1962-ci il təvəllüdlü İsrafilova Nailə Həsən qızını vurub.

Nəticədə 54 yaşlı qadın müxtəlif dərəcəli xəsarətlər alaraq Siyəzən Regional Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir. Qəzanın sürücünün ehtiyatsızlığı ucbatından baş verdiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə