İspaniyada təyyarə qəzası 3 ölü

İspaniyada təyyarə qəzası 3 ölü

İspaniya paytaxtının yaxınlığında Cessna-172 markalı təyyarə qəzaya uğrayıb. Nəticədə təyyarədəki 3 nəfər həlak olub. SİA-nın məlumatına görə, kiçik təyyarə "Barselona-Sabadel" Aeroklubuna məxsus olub.

Sabadeldən Madridə uçan iki kursant və artıq pilot lisenziyası almış gənc Cuatro Vientos aerodromuna enməli olublar. Lakin eniş zolağına 30 kilometr məsafə qalarkən çox aşağıdan uçan təyyarə qanadı ilə ağaca dəyərək yerə çırpılıb və dərhal alışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə