Lerik rayonunda güllələnmə hadisəsi baş verib. SİA xəbər verir ki, rayonun Livədirgə kənd sakini, 1998-ci il təvəllüdlü Elvin İzzət oğlu Zahidov sağ çiyin qurşağının dəlib keçən güllə yarası diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Onun üzərində əməliyyat aparılaraq yarası təmizlənib.
Hazırda Lənkəran RXM-in Travmatologiya şöbəsinə keçirilən yaralının vəziyyəti normal qiymətləndirilir. E.Zahidov əlindəki ov silahı ilə ehtiyatsız davranışı səbəbindən güllə yarası aldığını açıqlayıb.
Faktla bağlı Lerik Rayon Polis Şöbəsində araşdırma aparılır. (report)
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB