Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Binəqədi rayonunda yağan yağış nəticəsində fərdi yaşayış evlərinin həyətyanı sahələrini su basması və vətəndaşların köməksiz vəziyyətdə qalması haqqında məlumat daxil olub. SİA FHN-in rəsmi saytına istinadən xəbər verir ki, nazirliyin Xüsusi Riskli Xilastmə xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən evlərdə köməksiz vəziyyətdə qalan vətəndaşlara müvafiq köməklik göstərilib. Əməliyyat saat 16:05-də başa çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB