Aksiz Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilən və üzərində Azərbaycan Respublikasının aksiz markası olmayan siqaretlərin realizə edilməsi barədə əməliyyat məlumatı daxil olub. SİA-nın məlumatına görə, həyata keçirilən əməliyyat tədbirləri nəticəsində Abşeron rayonu Xırdalan şəhəri ərazisində Azərbaycan Respublikası vətəndaşına məxsus minik avtomobili saxlanılaraq nəqliyyat vasitəsinə baxış keçirilib. Həmin avtomobildən Belarusiya və Gürcüstan Respublikalarının aksiz markaları ilə markalanan külli miqdarda "NZ", "Marlboro", "Pirveli", "Parliament", "Kent", "Corset", "Winston" adlı siqaretlər aşkar edilərək götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB