Qazaxda qızıl dükanları yarıldı

Qazaxda qızıl dükanları yarıldı

Qazaxda oğrular satış mərkəzini hədəf seçiblər. Gecə saatlarınd aUniversama girən şəxs və ya şəxslər gümüş əşyalar aparıblar. Polis hadisəni törədənləri axtarır. Qazaxda universam yarılıb. Gecə saatlarında bazarda fəaliyyət göstərən ticarət mərkəzindən oğrular əsasən gümüş qolbağı və boyunbağılar aparıblar.Satıcıların sözlərinə görə, gözətçinin yanındakı qapıdan daxil olan şəxs və ya şəxslər malları əsasən iki nəfərə məxsus köşklərdən götürüblər.

Satıcılar isə gözətçini günahlandırırlar. Belə ki, oğurluq hadisəsi baş verən gecə unversamın gözətçisi saat 3 radələrində ərazini boş qoyaraq evinə gedib.

Şüşə vitrinləri sındırmaqla soyğunçuluq edən şəxslərin əllərini şüşə kəsdiyində onlar daha bir vətəndaşa məxsus geyim dükanından paltar oğurlayaraq qanlı əllərini siliblər. Hazırda Qazax rayon Polis şöbəsi hadisəni törədənləri axtarır.

Bütün xəbərlər Facebook səhifəmizdə