Sərnişin avtobusu dərəyə yuvarlandı 19 ölü

Sərnişin avtobusu dərəyə yuvarlandı 19 ölü

Qvatemalanın qərbində sərnişin avtobusu dərəyə yuvarlanıb. Qəza zamanı 19 nəfər həlak olub. Ölənlər arasında hamilə qadın və bir yeniyetmə də var. SİA "Reuters" agentliyinə istinadən xəbər verir ki, yol-nəqliyyat hadisəsi ölkə paytaxtından təxminən 160 km qərbdə baş verib.

Yüksək sürətlə hərəkət edən avtobus dərinliyi 200 metr olan dərəyə yuvarlanıb.

Hadisə nəticəsində həmçinin 20-25 nəfər yaralanıb. Bütün yaralılar xəstəxanaya çatdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə