Məktəbliləri daşıyan mikroavtobus qəzaya düşüb

Məktəbliləri daşıyan mikroavtobus qəzaya düşüb

Bakının Sabunçu rayonu ərazisində məktəbliləri daşıyan mikroavtobus qəzaya uğrayıb. Qəza nəticəsində 12 nəfər müxtəlif növ xəsarətlə 3 saylı Şəhər Klinik Xəstəxanasının qəbul şöbəsinə müraciət edib. Bu barədə SİA-ya 3 saylı şəhər Klinik Xəstəxanasından məlumat verilib.

Bildirilib ki, xəsarət alanlardan 10 nəfəri 8-17 yaş arasında məktəbli, iki nəfəri isə 23 və 52 yaşlı şəxslər xəstəxanaya müraciət ediblər. İlkin tibbi yardımdan sonra 12 nəfərin hamısı evə buraxılıb.

Məlumatda o da qeyd olunub ki, hadisə zamanı xəsarət alanların hamısı Sabunçu rayonunun Maştağa qəsəbəsindəki orta məktəb şagirdləri olub.

Bütün xəbərlər Facebook səhifəmizdə