“Mercedes” yük avtomobilinin altına girdi

“Mercedes” yük avtomobilinin altına girdi

Bakı-Qazax maqistral yolunda ölümlə nəticələnən ağır yol qəzası baş verib. Baş Dövlət Yol Polisi İdarəsindən verilən məlumata görə, hadisə yolun 494-cü kilometrliyində- Qazax rayonunun Yuxarı Salahlı kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Xaçmaz rayon sakini 1988-ci il təvəllüdlü Elvin Elçin oğlu Cəfərov idarə etdiyi 90- EF- 640 dövlət nömrə nişanlı "Mercedes" markalı minik avtomobili ilə hərəkətdə olarkən qarşı tərəfdən gələn Türkiyə vətəndaşı Xəlil Osman Açıkgözün idarə etdiyi 68- RH- 899 dövlət nömrə nişanlı "Mercedes" markalı yük avtomobili ilə toqquşub və nəticədə minik avtomobili yük avtomobilinin altına girib.

Qəza nəticəsində 28 yaşlı Xaçmaz sakini Elvin Cəfərov aldığı xəsarətlərdən hadisə yerində keçinib, "Mercedes" markalı yük avtomobili isə yoldan çıxıb.

Qəzanın, minik avtomobilinin sürücüsünün "Mercedes" markalı yük avtomobilinin yoluna çıxması səbəbindən baş verdiyi bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində cinayət işi açılıb, araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə