Xeyli sayda heyvan tələf olub, 1 nəfər xəsarət alıb
Göyçayda yanğın

Göyçayda tövlənin alovlanıb yanması insanları təşvişə salıb. Yangınsöndürənlər alovun qarşısını alsalar da 20 baş heyvan yanaraq tələf olub. Bir nəfər isə yanıq xəsarəti alıb. Gecə saatlarında tövlə qəfildən alovlanıb.

Üstündə ot tayasının olması tövləni sürətlə alova qərq edib.

Göyçayda Əhməd Cavad küçəsində 52 yaşlı Fizuli Mustafayeva məxsus evin həyətindəki tövlədə baş vermiş yanğının söndürülməsi üçün əraziyə Yanğından Mühafizə Hissəsinin 3 maşını və canlı qüvvəsi cəlb olunub.

Hadisə zamanı ümumi sahəsi 84 kv.m olan tövlə yanaraq yararsız hala düşüb. Yanğında tövlədəki 10 baş inək və 5 baş buzov da tələf olub. Həmçinin tövlənin damındakı 5 ton ot yanıb.

Hadisə zamanı ev sahibinin qızı, 31 yaşlı Nərgiz Mustafayeva yanıq xəsarətləri alıb. O, Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib. Alovun yaxınlıqdakı evə və digər tikililərə keçməsinin qarşısı alınıb. Hadisənin hansı səbəbdən baş verdiyi araşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə