Zərərçəkən Cərrahiyyə şöbəsinə yerləşdirilib
Qubanın Bağbanlı kəndində bıçaqlanma hadisəsi baş verib. 1996-cı il təvəllüdlü kənd sakini Əliyev Mahir Zahir oğlu Bağbanlı yolunun kənarında yerləşən marketin qarşısında bıçaqlanıb.
Yerli sakin bud və boğaz nahiyələrindən 2 bıçaq zərbəsi alıb. Ona xəsarət yetirən şəxsin Quba rayon Zərdabi qəsəbə sakini, 1993-cü il təvəllüdlü Eldarov Təbriz Əhməd oğlu olduğu müəyyən edilib.
Quba Mərkəzi Rayon Xəstəxanasından verilən məlumata görə, Mahir Əliyev əməliyyat olunmaq üçün Cərrahiyyə şöbəsinə yerləşdirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB