Paytaxtda restoranda yanğın baş verib. SİA Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhər, Binəqədi rayonunda ümumi sahəsi 900 kv.m olan ikimərtəbəli "ÇİNAR" restoranının havalandırma sisteminin mühərrikinin sarğıları qismən yanıb.
Yanğından restoran binası mühafizə olunub.
Yanğın saat 11:47-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB