Bakıda qətl 23 yaşlı gənc öldü

Bakıda qətl 23 yaşlı gənc öldü

Bakıda qətl törədilib. DİN-dən SİA-ya verilən məlumata görə, hadisə rayonun İ.Hidayətzadə küçəsi ev 3-ün qarşısında qeydə alınıb. Ağstafa rayon sakini, əvvəllər məhkum olunmuş, 1979-cu il təvəllüdlü Məmməd Məmmədov münaqişə zəminində tanışı, Bakı şəhər sakini, 1993-cü il təvəllüdlü Zülfüqar Əzizlini bıçaqlayıb. Nəticədə Z.Əzizli xəstəxanaya aparılarkən yolda ölüb.

Hadisəni törədən M.Məmmədov saxlanılıb.

Faktla bağlı Nərimanov rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.

Bütün xəbərlər Facebook səhifəmizdə