Avtobus Balakənə yetişmədi Ucarda aşdı

Avtobus Balakənə yetişmədi Ucarda aşdı

Bakıdan Balakənə gedən sərnişin avtobusu aşıb. Hadisə bu gün səhər saatlarında Bakı-Qazax əsas magistral yolunun 235-ci km-də, Ucar rayonunun Qulubənd kədindən keçən hissəsində baş verib.

Bakı şəhər sakini Zahid Xəlilovun idarə etdiyi "Mercedes" markalı 10-SA- 968 dövlət nömrə nişanlı avtobus idarəetməni itirib və aşıb. Ucar təcili tibbi yardım stansiyasından verilən məlumata görə, avtobusda olan sərnişinlərdən biri 1986-cı il təvəllüdlü Eyvazov Dilavər Oruc oğlunun ayağı sınıb. O Ucar rayon xəstəxanasına gətirilib və müvafiq tibbi yardım göstərilməsindən sonra evə buraxılıb. Sürücü Zahid Xəlilov isə qabırğasından zədələnib və müalicəsini davam etdirmək üçün Bakıya göndərilib.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin İstintaq və təhqiqat şöbəsində araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə