Sabunçu rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, Pirşağı qəsəbə sakini Allahverdi Məmmədovun idarə etdiyi "Daewoo" markalı minik avtomobili İlham Əhmədovun idarə etdiyi 179 saylı xətt üzrə hərəkət edən "Daewoo" markalı sərnişin avtobusu ilə toqquşub. Nəticədə Allahverdi Məmmədov hadisə yerində ölüb, onun maşınında olan iki sərnişin xəsarət alıb. Yaralılar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB