Neftçala şəhərində vətəndaşa məxsus ümumi sahəsi 54 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyaları 12 kv.m sahədə yanıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, tövlənin qalan hissəsi yanğından mühafizə olunub.
Digər yanğın Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 120 kv.m olan sexdə baş verib. Yanğın nəticəsində sexin istehsalat dəzgahları yanıb. Digər dəzgahlar və sex yanğından mühafizə olunub.
Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB