Dünən gecə saatlarında Sumqayıtda yaşayış binasının zirzəmisinə yığılmış məişət tullantıları arasında yanğının baş verməsi bina sakinlərinə qorxulu anlar yaşadıb. Belə ki, SİA-nın Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, beşmərtəbəli yaşayış binasının zirzəmisinə yığılmış 20 kv.m sahədə məişət tullantıları yanıb. Mənzillər yanğından mühafizə olunub. Yanğın zamanı mənzillərdən 8 nəfər yanğınsöndürənlər tərəfindən təxliyyə olunub.
Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB