Cəlilabadda partlayış 5 yaralı

Cəlilabadda partlayış 5 yaralı

Cəlilabad rayonunun Privolnoye kəndinin sakini Muxtar Rzayevin evində partlayış baş verib. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, partlayışa məişətdə istifadə edilən qaz balonunun nasazlığı səbəb olub. Hadisə nəticəsində yanıq xəsarəti almış M.Rzayev, arvadı Nərmin, qohumları J.Rzayeva, A.Rzayeva və Ü.Əsgərova xəstəxanaya yerləşdiriliblər.

Hadisə ilə bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə