Əl yükündə 14 min 200 ədəd siqaret aşkarlandı FOTOLAR

Əl yükündə 14 min 200 ədəd siqaret aşkarlandı FOTOLAR

Xaçmaz Gömrük İdarəsinin "Şirvanovka" gömrük postunda Rusiya Federasiyasından Azərbaycan Respublikasına gələn Azərbaycan vətəndaşının əl yükünə baxış keçirilib. Dövlət Gömrük Komitəsindən SİA-ya verilən məlumata görə, baxış zamanı əl yükündə olan ərzaq məhsullarının arasından 14 min 200 ədəd "NZ GOLD" markalı siqaretlər aşkar edilərək götürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə