Bir şillədən öldü

Nardaran qəbristanlığında silah-sursat tapılıb. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi məlumata görə, Sabunçu RPİ 42-ci PB əməkdaşları tərəfindən rayonun Nardaran qəsəbəsindəki qəbristanlıqda "Makarov" markalı tapança, 7 ədəd patron və patron darağı tapılıb.

Bundan başqa ötən gün Bakıda epilepsiya xəstəsini vurub öldürən şəxs polisə təslim olub. Belə ki, martın 15-də Xəzər rayonunun Buzovna qəsəbəsində yaşayan Bakı şəhər sakini, epilepsiya xəstəsi olan A.İsmayılovun evində tanışı Elvin Əliyevlə aralarında baş vermiş münaqişə zəminində E.Əliyev sillə ilə A.İsmayılovu vurub və A.İsmayılov hadisə yerində ölüb.

E.Əliyev könüllü olaraq Xəzər RPİ-yə gələrək hadisə barədə məlumat verib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə