Berlin partlayışının səbəbi bilindi

Sürücü avtomobilini partladaraq intihar edib
Berlin partlayışının səbəbi bilindi

Almaniyanın Berlin şəhərində avtomobil partlayıb. SİA-nın "Associated Press"ə istinadən verdiyi məlumata görə, sükan arxasında olan sürücü ölüb. Berlin polisinin mətbuat xidməti rəisinin müavini Karsten Müller bildirib ki, hadisənin partlayıcı qurğunun işə salınması nəticəsində baş verdiyi güman olunur.

Berlin prokurorluğu isə sürücünün avtomobilin altına qoyulmuş partlayıcını işə salmaqla özünə qəsd etdiyini istisna etmir.

Ölənin 43 yaşlı türk əsilli şəxs olduğu bildirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə