Yevlaxda qətlə yetirilən qadının kimliyi məlum olub SƏS TV

Yevlaxda qətlə yetirilən qadının kimliyi məlum olub SƏS TV

Yevlaxda məcburi köçkünlər üçün inşa olunmuş 5 mərtəbəli binalardakı mənzillərin birində qadın meyiti aşkar edilib. Qəsəbə sakinlərindən əldə etdiyimiz məlumata görə, əslən Kəlbəcər rayonundan olan 85 yaşlı Maral Nəsibova mənzilində tək yaşayıb. Qadının ölümündən ilk olaraq qonşular xəbər tutub. Onun evindən səs gəlmədiyini görən qonşular dərhal FHN-nin Aran regional bölməsinə məlumat verib. Əraziyə gələn xilasedicilər mənzilin qapısını sındıraraq içəri daxil olublar . Bu zaman Maral Nəsibovanı döşəmədə ölü vəziyyətdə görüblər. Əraziyə çağırılan Təcili Tibbi yardım avtomobili həyatını itirən qadının meyitinin müayinə olunması üçün Məhkəmə Tibbi Ekspertizası və Pataloji Anatomiya Birliyinin Yevlax rayon şöbəsinə gətirib. Meyit müayinə olunduqdan sonra yaxınlarına təhvil verilib. Əldə etdiyimiz məlumata görə müayinə zamanı qadının bədənində zorakılıq əlamətləri aşkar edilib. Hazırda hadisə ilə bağlı Yevlax rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə