Sumqayıtda və Bərdədə yanğın

Sumqayıtda və Bərdədə yanğın

Sumqayıtda və Bərdədə yanğın olub. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, Sumqayıt şəhərində vətəndaşa məxsus ümumi sahəsi 80 kv.m olan 3 otaqlı mənzilin 1 otağında 10 kv.m ev əşyaları və pəncərə çərçivəsi 0,5 kv.m sahədə yanıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Dogər yanğın Bərdə rayonunun, Lənbəran kəndində ümumi sahəsi 288 kv.m olan tikilinin bir otağında baş verib. Belə ki, otağın yanar konstruksiyaları 27 kv.m sahədə və yataq dəsti yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə