Lənkəranda piyada yol qəzasının qurbanı oldu SƏS TV

Lənkəranda piyada yol qəzasının qurbanı oldu SƏS TV

Lənkəranda piyadanın vurulması ilə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib. SİA-nın Cənub bürosunun məlumatına görə, hadisə martın 13-də saat 20.30 radələrində Lənkəran-Boradigah şosesinin rayonun Girdəni kənindən keçən hissəsində qeydə alınıb.

Həmin kəndin sakini, 1961-ci il təvəllüdlü Allahyar İdris oğlu Əsədullayevin idarə etdiyi "Mercedes" markalı, 42 BP 268 dövlət nömrə nişanlı minik avtomobili yolu keçən həmkəndlisi, 1975-ci il təvəllüdlü Ələsgər Qasım oğlu İmamverdiyevi vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Sürücü özü zərərçəkəni xəstəxanaya çatdırıb.

Reanimasiya şöbəsinə yerləşdirilmiş Ələsgər İmamverdiyevə müvafiq yardımlar göstərilsə də o, komadan ayılmayaraq iki saat sonra dünyasını dəyişib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.

Sərraf Talıbov

Bütün xəbərlər Facebook səhifəmizdə