Şəki rayonunda yanğın baş verib. SİA-nın xəbərinə görə, Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, Qudula kəndində vətəndaşa məxsus ümumi sahəsi 126 kv.m olan tövlənin dam örtüyünün yanar konstruksiyası 80 kv.m sahədə və içərisinə yığılmış 1 ton ot bağlaması yanıb. Tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB