İki ayda 267 yol-nəqliyyat hadisəsi baş verib

İki ayda 267 yol-nəqliyyat hadisəsi baş verib

Bu ilin ilk iki ayında respublika ərazisində 267 yol-nəqliyyat hadisəsi baş verib. SİA-nın məlumatına görə, Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib ki, hadisələr nəticəsində 78 nəfər ölüb, 287 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qəzaların sayı 106, ölüm isə 74 fakt azalıb. Qəzaların 100-ü paytaxtda qeydə alınıb. Bu hadisələr zamanı 19 nəfər ölüb, 105 nəfər yaralanıb.

K.Əliyev deyib ki, hadisələrin 115 piyadavurmadır. Nəticədə 40 nəfər ölüb, 80 nəfər xəsarət alıb. Bundan əlavə, avtomobillərin ötmə və manevretmə qaydalarının pozulması və qarşı hərəkət zolağına çıxması nəticəsində 97, müəyyən edilmiş sürət həddinin aşılması səbəbindən isə 62 yol qəzası törədilib.

Bütün xəbərlər Facebook səhifəmizdə