Qusarda yanğın baş verib

Qusarda yanğın hadisəsi qeydə alınıb. SİA-nın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətinin yaydığı xəbərdə bildirilir ki, rayonun Köhnə Xudat kəndində vətəndaşa məxsus ümumi sahəsi 112 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin 1 otağının, aynabəndinin və dam örtüyünün yanar konstruksiyaları 85 kv.m sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 22:35-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə