Mağazalara qənim kəsilən dəstə tutuldu

Mağazalara qənim kəsilən dəstə tutuldu

Ağstafa rayonunda mağazalara qənim kəsilmiş 4 nəfərdən ibarət dəstə tutulub. SİA-nın bölgə müxbirinin verdiyi xəbərə görə, Ağstafada mağazalara qənim kəsilmiş cinayətkar dəstə yaxalandı. Ağstafa rayonunun Poylu, Zəlimxan və Qıraq Kəsəmən kəndlərinin mağazasına qənim kəsilən 2 azyaşlı olmaqla 4 nəfər cinayətkar dəstə Ağstafa polisinin apardıqları əməliyyat nəticəsində yaxalanıb. Ağstafa rayonunun Qıraq Kəsəmən kənd sakinləri 1995-ci il təvvəlüdlü Daşdəmirov Musa Rəfayıl oğlu, yetkinlik yaşına çatmayan, 1998-ci il təvəlüdlü Kiçikov Sənan Salman oğlu, 1998-ci il təvəlüdlü, Vəliyev Nicat Mehman oğlu 1989-cu il təvlüdlü Rəhimov Nurlan Səxavət oğlu mart ayının 10-dan, 11-nə keçən gecə Qıraq Kəsəmən kəndində iş başında yaxalanıblar. cinayətkarların özlərinin etiraf etdiklərinə görə onlar 3 mağazadan müxtəlif növ ərzaq məhsulları, telefon konturları, spirtli içkilər, çay və s. Götürərək Qıraq Kəsəmən kəndində nənəsinin evində saxlayıblar. Saxlanılan şəxslər ehtiyacdan oğurluq etdiklərini bildirsədə, törətdikləri əməldən peşman olduğunu deyib.

Ağstafa rayon polis şöbəsinin istentaq bölməsinin rəisi, polis mayoru Rəşad Məhərrəmov digər cinayətdə də oğruların əli olub olmamağ ilə bağlı istentaq işinin davam etdiyini bildirib.

Kamran Əskiparalı

Bütün xəbərlər Facebook səhifəmizdə