Xaçmazda və Şəkidə yanğın faktı qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, Xaçmaz rayonu, Ağçay kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 126 kv.m olan birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin tüstü bacasının ətrafı 1 kv.m sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Digər yanğın Şəki rayonunda baş verib. Belə ki, Baş Küngüt kəndində (rayon mərkəzindən 30 km aralı) vətəndaşa məxsus ümümi sahəsi 180 kv.m olan mağazanın yanar konstruksiyaları və içərisində olan ərzaq malları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
Hər iki yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB