Bakıda uşaq evlərinin birində böyüyən 22 yaşlı gənc Tovuzda fermadan 56 baş xirdabuynuzlu heyvan oğurlayıb. O, heyvanların bir neçəsini satmağa nail olsada digərlərini satmağa imkan tapmayib. Çünki polis onu iş başında yaxalayıb.
Şəmkir, Tovuz rayonlarında müxtəlif vaxtlarda çoban işləyən 22 yaşlı Səddam Şəbiyev çalışdığı Tahir Rəhimovun fermasındakı qoyunlara göz dıkıb. O, oğurladıgı 56 baş heyvanı Şəmkir rayonun Çənlibel kəndinə apararaq onlardan bir neçəsini satıb, amma digərlərini satmağa imkan tapmayıb. Polis onu iş başında saxlayıb.
Gənc yaşında törətdiyi əməldən peşman olan Səddam Şəbiyev cinayətinə səbəb kimi ferma sahibinin onun 87 manat məvacibini kəsməsini göstərib.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB