Xəsarət alanlar var
Bakıda "Hyundai" yandı

Bakı şəhəri Səbail rayonunda yanğınla nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Fövqəladə Hallar Nazirliyinin saytı məlumat verir ki, vətəndaşa məxsus "Hyundai" markalı minik avtomobilinin mühərrikində elektrik avadanlıqları yanıb. Hadisə zamanı xəsarət alan 2 nəfər yanğınsöndürənlər tərəfindən avtomobildən çıxarılaraq Təcili Tibbi Yardım Xidmətinə təhvil verilib.

Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yangın saat yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə