İki qardaş dostları ilə birlikdə mənzili qarət etdilər

İki qardaş dostları ilə birlikdə mənzili qarət etdilər

Gəncə şəhəri Məhsəti qəsəbəsində Nüsrət Hüseynova məxsus fərdi yaşayış evində oğurluq hadisəsi baş verib. Çağırılmamış qonaqlar mənzilə gizli yolla daxil olaraq oradan xalça və məişət əşyası oğurlayıblar. SİA-nın bölgə müxbirnin verdiyi məlumata görə, polisin keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəhər sakinləri Sərxan və Sərvan Zeynalov qardaşları və onların dostu Emin Kazımov saxlanılıb. Saxlanılan hər üç şəxs əməlini etiraf edib. Sərvan Zeynalov bildirib ki, oğurluq təklifi Emin Kazımovdan gəlib. Məqsədləri isə oğurluqla gəlir əldə etmək olub.

Qeyd edək ki, faktla bağlı cinayət işi başlanılıb, istintaq aparılır. Hazırda saxlanılan şəxslərin bu kimi əməllərlə kimlərə ziyan vurması araşdırılır.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə