Bakıda ölümlə nəticələnən yol qəza-hadisəsi baş verib. SİA-nın Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən verdiyi xəbərə görə, martın 7-də saat 01 radələrində Binəqədi qəsəbəsində Abşeron rayon sakinləri Əli Abdullayevin idarə etdiyi "Range Rover" və Ramil Muradovun idarə etdiyi "VAZ-21015" markalı avtomobillər toqquşub. Nəticədə R.Muradovun sərnişinlərindən Abşeron rayon sakini Elgün Muradov hadisə yerində ölüb, özü və digər 1 sərnişini, habelə Ə.Abdullayev xəstəxanaya yerləşdirilib, R.Muradov orada ölüb.
Hadisə ilə bağlı Binəqədi Rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB