Səhər saatlarında Lənkəranda yanğın faktı qeydə alınıb. SİA-nın Fövqəladə Hallar Nazirliyinin(FHN) rəsmi saytına istinadən verdiyi məlumata görə, rayonun Velədi kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 182 kv.m olan ikimərtəbəli 6 otaqlı evin ikinci mərtəbəsində xalça yanıb. Hadisə yerinə dərhal FHN qüvvələri cəlb edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 08:48-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB