Rusiyada vertolyot qəzaya uğradı 2 ölü, 2 yaralı

Rusiyada vertolyot qəzaya uğradı 2 ölü, 2 yaralı

Rusiyanın Vladimirskaya bölgəsində Daxili İşlər Nazirliyinə məxsus vertolyot qəzaya uğrayıb. SİA-nın məlumatına görə, hadisə nəticəsində 2 pilot həlak olub.

Vladimirskayanın meri Svetlana Orlova xəsarət almış 2 nəfərin xəstəxanaya yerləşdirildiyini açıqlayıb.

Yaralıların vəziyyətinin ağır olduğu bildirilib.

Hadisə ilə bağlı araşdırma aparılır. İlkin ehtimala görə, verolyot texniki problemlər ucbatından qəzaya uğrayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə