Şəmkir rayonunun Qapanlı kəndində döyülmə faktı qeydə alınıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, kənd sakini 24 yaşlı Aysel Məmmədova qarın nahiyəsinin küt travması və qol hissəsinin sıyrığı diaqnozu ilə Mərkəzi Rayon Xəstəxanasına gətirilib. Həkimlər ilkin tibbi yardımdan sonra qadının vəziyyətini orta-ağır qiymətləndirirlər. Zərərçəkənin qayınatasının həkimlərə verdiyi ilkin məlumata görə, Aysel həmyerlisi Maisə İsayeva tərəfindən döyülərək xəsarət alıb. Hadisə şəxsi münasibətlər zəminində baş verib. Faktı Şəmkir Rayon Polis Şöbəsindən də təsdiqləyiblər.
Bildirilib ki, insidentlə bağlı Kür Polis Bölməsində araşdırma aparılır. Məhkəmə Tibb Ekspertizasının rəyindən sonra Maisə İsayevanın əməlinə hüquqi qiymət veriləcək.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB