Yasamalda yanğın olub

Bakının Yasamal rayonunda beşmərtəbəli yataqxana binasının (hal-hazırda məcburi köçkünlər məskunlaşıb) 1-ci mərtəbəsində ümumi sahəsi 70 kv.m olan 4 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları, ev əşyaları 12 kv.m sahədə yanıb və yüksək temperaturdan digər otaqda olan 1 ədəd televizor və kondisioner əriyib. Fövqəladə Hallar Nazirliyindən SİA-ya verilən məlumata görə, digər otaqlar yanğından mühafizə olunub.

Yanğın saat 14:28-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə