Gəncə sakini qarət etdiyi mağazanı yandırmağa cəhd göstərib
Gəncə şəhər Kəpəz rayonu ərazisində Ərşad Zərgərova məxsus mağaza qarət olunub. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, ilkin araşdırmalar zamanı mağazadan 300 manat nağd pul, spirtli içkilər və tütün məmulatlarının oğurlandığı məlum olub. Həmçinin o da məlum olub ki, qarətçi oğurluqdan sonra mağazanı yandırmağa cəhd göstərib.
Gəncə şəhər Kəpəz rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, əvvəllər məhkumluq həyatı yaşayan Azər Zeynalov saxlanılıb. A.Zeynalov ilkin dindirilmə zamanı əməlini etiraf edib.
Polis hazırda Azər Zeynalovun digər cinayətlərdə iştirakını araşdırır.
İlham Məmmədzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB