İtkin düşən şəxsin öldürüldüyü üzə çıxdı

İtkin düşən şəxsin öldürüldüyü üzə çıxdı

Fevralın 25-dən itkin düşən 53 yaşlı Gəncə şəhər sakini Eldar Əliyevin meyiti Göygöl rayonun Axarca kəndi ərazisində yerləşən meşə massivində basdırılmış halda aşkarlanıb. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, məlum olub ki, hadisəni Balçılı kənd sakinləri 29 yaşlı Cavid Cəfərov, 35 yaşlı Qoçu Kərimov, 32 yaşlı Aqil Rüstəmov və 26 yaşlı Xəyal Məmmədov törədib. Cavid Cəfərov həmkəndliləri ilə əlbir olaraq meyiti rayonun Axarca kəndi ərazisinə apararaq meşədə basdırıblar.

Hüquq mühafizə orqanları sözügedən ərazidən meyit çıxararaq aidiyatı üzrə təhvil veriblər.

İlham Məmmədzadə

Bütün xəbərlər Facebook səhifəmizdə